Özbəkistan portalları Azərbaycanda keçirilən prezident seçkilərindən yazır

13 Aprel 2018 00:02 (UTC+04:00)

Özbəkistanın kun.uz, nargis.uz və galampir.uz portalları Azərbaycanda keçirilən prezident seçkiləri, İlham Əliyevin inamlı qələbəsi haqqında məqalələr yayıb. Məqalələrdə prezident seçkilərində İlham Əliyevin seçicilərin 86,03 faizinin səsini qazandığı diqqətə çatdırılır.

Yazılarda səsvermənin gedişi, seçici fəallığı, seçkilərin yerli və beynəlxalq təşkilatların, xarici kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən izlənilməsi məsələlərinə diqqət yetirilir, prezidentliyə digər namizədlər barədə məlumat verilir.