Elektron səsvermədə iştirak edənlərin sayı 7100 nəfərə çatıb

7 Noyabr 2010 22:45 (UTC+04:00)
Elektron səsvermədə iştirak edənlərin sayı 7100 nəfərə çatıb. Bu barədə SİA-ya "Parlament -2010" seçki monitorinqi koalisiyasından məlumat verilib. Qeyd edək ki, elektron səsvermə sistemi səhər saat 8-dən aktivdir. Sevindirici haldir ki, seçicilərimiz eyni zamanda elektron səsverməyə də ciddi maraq göstərməkdədirlər. Paytaxtla yanaşı rayonlarımızın əksəriyyəti də bu səsvermədə fəal iştirak edir.