Seçkiləri YAP-ın 5 mindən artıq müşahidəçisi və səlahiyyətli nümayəndəsi izləyir
7 Noyabr 2010 20:16 (UTC+04:00)
Bu gün ölkəmizdə keçirilən parlament seçkilərinin səsvermə prosesini Yeni Azərbaycan Partiyasının 5 mindən artıq müşahidəçisi və səlahiyyətli nümayəndəsi izləyir. Partiyanın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, YAP-ın yerlərdəki seçki qərargahlarından verilən məlumatlara görə, noyabrın 7-də səhər saat 8-də seçki məntəqələri tam hazır vəziyyətdə seçicilərin üzünə açılıb, səsvermə prosesi Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməkdədir. Bütün namizədlərin səlahiyyətli nümayəndələrinə və müşahidəçilərə məntəqələrdə səsvermə prosesini izləmək üçün tam şərait yaradılıb.