2700 nəfər elektron səsvermədə iştirak edib

7 Noyabr 2010 20:09 (UTC+04:00)
Elektron səsvermə sistemi səhər saat 8-dən aktivdir. "Parlament -2010" seçki monitorinqi koalisiyasından SİA-ya verilən xəbərə görə, seçicilər elektron səsverməyə ciddi maraq göstərməkdədirlər. Dairələrin əksəriyyəti üzrə seçicilər səs verməyə başlayıblar. Rayonların əksəriyyəti də bu səsvermədə fəal iştirak edir. Elektron səsvermədə iştirak edənlərin sayı 2700 nəfər olub.