Mustafa Ataş: “Avropanın heç bir ölkəsində seçki məntəqələrində veb-kameraların quraşdırıldığı məntəqələrin sayı bu qədər çox olmayıb”

7 Noyabr 2010 18:25 (UTC+04:00)
Hələ ki, səsvermə prosesində heç bir sıxıntı və ya qanun pozuntusuna rast gəlinməyib. Bu barədə SİA-ya açıqlamasında türkiyəli müşahidəçi Mustafa Ataş bildirib. Onun sözlərinə görə, səsvermə proseesi beynəlxalq hüquq və norma prinsiplərinə uyğun aparılır. "Hazırda 3 seçki məntəqəsini gəzmişik. Heç bir qanun pozuntusuna rast gəlməmişik. Avropanın heç bir ölkəsində veb-kameraların quraşdırıldığı məntəqələrin sayı bu qədər çox olmayıb. Belə bir halın mövcudluğu Avropada çox az rast gəlinir. Azərbaycanda 500-dən çox seçki məntəqəsində veb-kameraların quraşdırılması çox yüksək nailiyyətdir".