Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Çin Xalq Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 12:00-dək adları seçici siyahısında olan vətəndaşların təxminən 25 faizi səsvermə hüququndan istifadə edib.
SİA-nın verdiyi məlumata görə, Məntəqə seçki komissiyasından bildiriblər ki, bu saatadək heç bir qanun pozuntusu qeydə alınmayıb.