Maliyyə naziri prezident seçkilərində səs verib

11 Aprel 2018 11:28 (UTC+04:00)

Maliyyə naziri Samir Şərifov seçkilərdə səs verib.

SİA-nın məlumatına görə, nazir 36 saylı Xətai IV Seçki Dairəsinin 56 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.