79 saylı İmişli Dairə Seçki Komissiyası seçkilərə hazırdır

10 Aprel 2018 12:15 (UTC+04:00)

11 apreldə respublikamızda keçiriləcək prezident seçkisinə 79 saylı İmişli Dairə Seçki Komissiyası da hazırdır. SİA-nın Aran bürosuna məlumat verən 79 saylı İmişli DSK-nın sədri Ramil Nəsirob bildirib ki, ərazidə 43 seçki məntəqəsi mövcuddur: "Bu məntəqələr üzrə dairə ərazisində 40940 nəfər səs vermə hüququna malik seçici qeydiyyatdadır. Seçicilərimizin 198 nəfəri 18 yaşı tamam olmuş və səs vermə hüququ qazanan vətəndaşlardır. Sevindirici haldır ki, dairə ərazisində 5 nəfər yaşı 100-dən yuxarı olan seçicilərdir. Bunlardan ən çox yaşı olan 106 yaşlı Məmmədova Cahan Həsən qızıdır. 161 nəfər seçiciyə qeydiyyatda olduğu ərazidə yaşamadığı üçün qeydiyyatdan çıxma vəsiqəsi verilib. Dairənin 5 məntəqəsində veb kamera quraşdırılıb. Məntəqələrimizdə texniki işlər tam hazır vəziyyətə gətirilib. Rabitə, elektirik enerjisi, generatorlarla məntəqələr təmin olunub. Seçici bülletenləri və digər əşyalar artıq məntəqə seçki kamissiyalarına təhvil verilib. Seçki günü məntəqələrdə 450 nəfər müşahidəçi, 44 nəfər məşvərətçi səs hüquqlu üzvlər qeydə alınıb. 2018-ci il aprelin 11-nə təyin edilmiş Prezident seçkilərinin şəffaf, demokratik keçirilməsi məqsədi ilə seçki dairəsinin əhatə etdiyi seçki məntəqələri tam hazır vəziyyətə gətirilb və seçicilərin sərbəst səs vermələri üçün qanunla müəyyən edilmiş qaydada şərait yaradılıb".

İqbal Mikayılov