Zaqatalalılar möhtəşəm qələbələrə "İlhamla İrəli" deyəcəklər!

9 Aprel 2018 18:08 (UTC+04:00)

Bu gün YAP Mərkəzi Seçki Qərargahının Zaqatala rayon şöbəsi tərəfindən Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Maqov, Yolayrıc və Paşan kənd seçiciləri ilə görüş keçirib. Görüşdə 300 nəfər seçici iştirak edib.

Görüşü YAP Zaqatala rayon şöbəsinin, rayon təşkilatının sədri Habil Qurbanov açaraq, Yeni Azərbaycan Partiyasının Sədri, partiyanın namizədi, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin 2003-cü ildən etibarən, ölkə başçısı kimi genişmiqyaslı və çoxşaxəli fəaliyyətindən, Onun müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və xalqımızın rifahının ildən-ilə daha da yaxşılaşdırılması istiqamətində apardığı uğurlu daxili və xarici siyasətindən danışıb. H.Qurbanov seçiciləri işıqlı sabahlara, əldə olunan möhtəşəm nailiyyətlərə görə, seçiciləri Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə rayon şöbəsinin təşviqat təbliğat qrupunun üzvləri Əsgər Məmmədov, Gülnigar Məmmədova, Kəmalə Əhmədova, Xanım İsayeva, Namidə Süleymanova və başqaları geniş çıxış edərək bildiriblər ki, son 15 ilin gerçəklikləri əminliklə söyləməyə əsas verir ki, Prezident İlham Əliyev dövlət başçısı kimi Ona bəslənilən ümidləri doğruldub və Özünü qətiyyətli və praqmatik siyasətçi kimi təsdiqləyib. Bu baxımdan da, 11 apreldə prezident seçkilərində Zaqatala seçicilərini ölkəmizin gələcəyinə, gələcək inkişafına, Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamına səs verməyə çağırıblar.

ZÜMRÜD