Göyçay rayonunda seçicilərlə görüş keçirilib

9 Aprel 2018 16:57 (UTC+04:00)

11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Göyçay rayonunun Potu kəndində seçicilərlə görüş keçirilib.

Tədbirdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov çıxış edərək, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin 2003-cü ildən etibarən ölkə başçısı kimi genişmiqyaslı və çoxşaxəli fəaliyyəti, Onun müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və xalqımızın rifahının ildən-ilə daha da yaxşılaşdırılması istiqamətində apardığı uğurlu daxili və xarici siyasət, ölkəmizdə reallaşdırılan ardıcıl və sistemli siyasi, iqtisadi, sosial islahatlar, Azərbaycanın istər regionda, istər beynəlxalq səviyyədə qazandığı tarixi nailiyyətlər və misilsiz uğurlar haqqında ətraflı məlumat verib. Göyçay əhalisinin seçkilərdə cənab İlham Əliyevə səs verəcəklərinə əmin olduğunu qeyd edib.

Daha sona çıxış edən Ləman Hacıyeva, Namət Şirinov, İlahə Vəliyeva, Ziyafəddin Cəbrayılov və başqaları cənab İlham Əliyevin Azərbaycanın inkişafı və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətləri haqqında məlumat veriblər. Bildiriblər ki, bütün göyçaylılar cənab İlham Əliyevə böyük hörmət, inam və etimad bəsləyir.

Natiqlər Göyçay rayon seçicilərinin 11 apreldə seçkilərə gəlməyə, inamlı sabahımıza səs verməyə çağırıblar.