Ağstafada YAP-ın müşahidəçiləri ilə görüş keçirilib

9 Aprel 2018 16:52 (UTC+04:00)

Bu gün YAP Ağstafa rayon təşkilatının qərargahında 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının müşahidəçiləri ilə görüş keçirilib.

Görüşü YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov açaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin apardığı məqsədyönlü və düşünülmüş daxili və xarici siyasətdən həyata keçirdiyi uğurlu iqtisadi islahatlardan, ölkəmizdə o cümlədən Ağstafa rayonunda gedən abadlıq quruculuq işlərindən danışıb.

Bu gün həmçinin Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Saloğlu mebel fabrikində, Akkord tikiş fabrikində, Ağstafa Aqrolizinq MMC-də seçilərlə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov cənab İlham Əliyevin seçki proqramı haqqında məlumat verib. Cənab prezidentimizin son 15 ildə apardığı uğurlu siyasət nəticəsində ölkəmiz bütün sahələrdə möhtəşəm uğurlara imza atdığından danışan Ramiz Tatarov, bu siyasətin bundan sonrada davam etməsi üçün bütün seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.