Balakənli gənclərin seçimi bəllidir

9 Aprel 2018 15:51 (UTC+04:00)

Bu gün 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərinin son təşviqat günündə Balakən rayonunda təbliğat xarakterli tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatı Nəsib Məhəməliyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahının Balakən rayon şöbəsinin üzvləri, rayonun fəal gəncləri və ilk dəfə səs verəcək gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahının Balakən rayon şöbəsinin sədri Azad Balayev açaraq rayonda aparılan gənclərlə işdən, onların məşğulluğundan, asudə vaxtlarının keçirilməsi üçün həyata keçirilən tədbirlərdən, rayonda fəaliyyət göstərən Gənclər Evinin fəaliyyətindən danışıb.

Rayon Gənclər Evinin müdiri Taleh Şahverdiyev “Balakən gəncliyiynin bu günü və sabahı” mövzusunda görüş iştirakçilarına məlumat verib. O, ölkə prezidineti İlham Əliyevin gənclərə olan diqqət və qayğısından, gənclər haqqında qanunların qəbul edilməsindən və digər sərəncamlardan danışıb.

Gənc müəllimə Leyla Hacıyeva, fəal gənclər Fuad Mikayılov, Könül Rüstəmova görüş iştirakçılarını əmin ediblər ki, 11 apreldə balakənli gənclər gənclərin dostu və hamisi İlham Əliyevə səs verəcəklər.

İlk dəfə səs verəcək gənclər adından çıxış edən Aygün Hacıxanova bəyan edib ki, 11 apreldə Azərbaycanın müstəqilliyinə, güclü iqtisadiyyatına, güclü ordusuna, həyatın bütün sahələrində inkişaf edəcək müstəqil Azərbaycana, onun lideri İlham Əliyevə səs verəcəkdir.

Tədbirdə Milli Məclisin üzvü Nəsib Məhəməliyev gənclər qarşısında geniş izahlı və tövsiyyə xarakterli çıxış edib.

Tədbirin sonunda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edilib.