Şamaxı rayonunda Yeni Azərbaycan Partiyasının tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir.
Təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Nağaraxana və Avaxıl kəndlərində keçirilən tədbirlərdə YAP Mərkəzi Seçki Qərargahı Şamaxı rayon şöbəsinin üzvləri Ağarza Bayramov, Fatma Quliyeva, Hacıbaba Şıxıyev, Eyvaz Eminaliyev Nəzakət Abdulrazaqova, Namik Rzazadə, Güllü Babaşova çıxış ediblər.
Görüşlərdə çıxış edən Ağarza Bayramov qeyd edib ki, xalqımız işlərin davamlı olması naminə yenidən cənab İlham Əliyevə etimad göstərəcək: "Bu gün hər bir Azərbaycan vətəndaşına, həmçinin dünyanın tanınmış ictimai-siyasi xadimlərinə də bəllidir ki, Azərbaycan dünyada demokratiya yolu ilə inkişaf edən, güclü iqtisadiyyata, yüksək beynəlxalq nüfuza malik, bütün azadlıqların təmin olunduğu ölkə kimi tanınır. Sabitlik, təhlükəsizlik, tolerantlıq dövlət siyasətinin prioritetini təşkil edir. Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət edir və cəmiyyət tərəfindən yüksək səviyyədə dəstəklənir".
Tədbirlərdə Nağaraxana kənd sakinlərindən Əmir Hüseynov və Vladimir Strekalov çıxış edərək cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini qeyd edərək, seçiciləri 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində YAP-ın namizədi İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıblar