Beyləqanlıların seçimi İlham Əliyevdir

9 Aprel 2018 14:08 (UTC+04:00)

Bu gün Beyləqan rayonunda 11 aprel 2018-ci ildə keçiriçləcək prezident seçkiləri ilə əlaqədar YAP Mərkəzi Seçki Qərargahının Beyləqan rayon şöbəsi növbəti tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, təşkilatının sədri Rafail Pəsiyev və təbliğat-təşviqat qrupunun üzvü, Aparat rəhbəri Müşfiq Səfərov Beyləqan rayonunun Əhmədli və Aşıqalılar kəndlərində seçicilərlə görüş keçiriblər.

Keçirilən tədbirlərdə əhali yüksək əhval-ruhiyyə ilə iştirak ediblər. Beyləqanlılar bildiriblər ki, biz artıq öz seçimimizi etmişik. Biz hamılıqla 11 aprel 2018-cil tarixdə keçirələcək prezident seçkilərində Cənab İlham Əliyevə səs verəcəyik.