11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Suraxanı rayon şöbəsi YAP-ın namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində gənclərlə görüş keçirib.
Görüşdə YAP Suraxanı rayon şöbəsinin, rayon təşkilatının sədri Vüqar Seyidov Azərbaycanın çox mühüm bir siyasi kampaniya, prezident seçkiləri ərəfəsində olduğunu bildirərək, ölkəmizdə aparılan dövlət gənclər siyasəti və bu siyasətin sayəsində yaradılan münbit şəraitdən, Azərbaycanın bu illər ərzində qazandığı uğurlardan danışaraq, gəncləri düzgün seçim etməyə, gələcəyimiz naminə ən layiqli namizədə, partiyanın Sədri Cənab İlaham Əliyevə səs verməyə çağırıb.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin getdikcə gücləndiyini, həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi dünya siyasətinin təmsilçisi qismində çıxış edən və müstəqil xarici siyasət yürüdən milli dövlətlərin etibarlı strateji tərəfdaşına çevrildiyini vurğulayıb. Millət vəkili Cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi-ideoloji kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin etməklə, Heydər Əliyevin ideyalarının yaşatdığı, inkişaf etdirdiyini və ölkəmizi aydın sabahlara apardığını qeyd etmişdir.
Görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Cənab İlham Əliyevin hər zaman gənclərin yanında olduğunu, hər zaman onlara dəstək verdiyini vurğulamışdır. Azərbaycanda gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyində iştirakının gerçəkləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirdiyini qeyd etmişdir. S.Orucov gəncləri Azərbaycanın firəvan gələcəyi naminə, Heydər Əliyev siyasətinə, bu siyasəti uğurla davam etdirən Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə gənclər adından çıxış edən Pərvin Əhmədova, Arzu Məmmədzadə, Ülviyyə Mədətova, İbrahim Heydərov yekdilliklə aprelin 11-də Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.
ZÜMRÜD