Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Qobustan rayonunda uğurla davam edir. Kampaniya çərçivəsində Bədəlli,Nabur kənd seçiciləri ilə görüşlər keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsinin və YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev çıxış edərək qeyd etdi ki, bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev vətəndaşların arzularının reallaşması istiqamətində davamlı və qətiyyətli siyasət yürüdür. Onun sözlərinə görə, aparılan düzgün və məqsədyönlü siyasət nəticəsində Azərbaycan qısa müddətdə iqtisadi-siyasi cəhətdən regionun lider dövlətinə çevrilib, hərbi potensialımız olduqca yüksək səviyyədədir.Vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər görülür, pensiyalar artırılır, yeni iş yerləri yaradılır. Artıq bütün dünya dövlətləri ölkəmizi yaxın tərəfdaş qismində qəbul edir. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycan mühüm üstünlüklər əldə edib. Bütün bunlar Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezidentimiz tərəfindən uğurla davam etdirilən siyasi kursun uğurlarıdır. O bu uğurların davamı naminə seçiciləri 11 apreldə keçiriləcək prezident seçkilərində Cənab İlham Əliyevə səs verməyə çağırdı.
Görüşlərdə təbliğat-təşviqat qrupunun üzvü Cəfərov Zaur çıxışında ölkəmizin son illərdə qazandığı iqtisadi nailiyyətlərdən danışaraq, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddətdə Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olduğunu qeyd etdi. Bildirdi ki, Yeni Azərbaycan Partiyası seçkilərə böyük inamla gedir. Əminik ki, partiyamız ötən seçkilərdə olduğu kimi, aprelin 11-də keçiriləcək prezident seçkilərində də qələbə qazanacaq.
Görüşlədə kənd sakinlərindən Seyidov İnkişaf, Canatov Sabir, Balayeva Anamxanım və başqaları çıxış edərək bildirdilər ki, ölkəmizin sürətli inkişafı hər bir Azərbaycan vətəndaşında qürur və iftixar hisslərini formalaşdırır. Eyni zamanda, bu inkişafın hər bir vətəndaşın həyatında dəyişikliklər üçün əsas verməsi inamımızı şərtləndirən amildir. Çıxış edənlər 11 aprel seçkilərində mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək, Cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.
İnam