Şamaxı rayonunda Yeni Azərbaycan Partiyasının tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Mərzəndiyə kəndində seçicilərlə keçirilən görüşdə YAP Mərkəzi Seçki Qərargahı Şamaxı rayon şöbəsinin üzvləri Ağarza Bayramov, Fatma Quliyeva, Hacıbaba Şıxıyev, Eyvaz Eminaliyev Nəzakət Abdulrazaqova, Namik Rzazadə, Güllü Babaşova çıxış ediblər.
Görüşdə çıxış edən Şamaxı rayon təbliğat qrupunun üzvü Eyvaz Eminaliyev qeyd edib ki, bu gün hər bir Azərbaycan vətəndaşı məmnunluq hissi ilə dərk edir ki, ölkəmizin hərtərəfli inkişafı birbaşa ölkə Prezidenti, YAP Sədri İlham Əliyevin adı və həyata keçirdiyi siyasətlə bağlıdır. Çünki Cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi nailiyyətlər qazanıb. Rayon təbliğat qrupunun digər üzvü Nəzakət Abdulrazaqova isə çıxışında bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində görülən işlər nəticəsində Azərbaycanın hər bir rayonu, hətta kəndləri belə inkişaf etdirilib: "Əminəm ki, bu nailiyyətlərin davamlı olması üçün bütün seçicilər, o cümlədən yevlaxlılar aprelin 11-də Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevə səs verəcəklər".
Tədbirlərdə Şəhriyar kənd sakinlərindən Ağamurad İsrafilov, Abdullaşaiq Abdullayev, Lumuxanım Dadaşbalayeva çıxış edərək Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini qeyd edərək, 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində YAP-ın namizədi Cənab İlham Əliyevə səs verəcəklərini bildirib.