Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib. Fikrət İsmayılov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə şəhər sakini 2000-ci il təvəllüdlü Nigar Haşımovanı vurub.
Gəncə şəhər Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, qəza nəticəsində azyaşlı qız müxtəlif bədən xəsarətləri alıb. O, dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq bəndi ilə iş açılıb.