“SAHƏ” bədii filmi XI Tiflis Beynəlxalq Film Festivalının proqramına daxil edilib- FOTO
6 Noyabr 2010 00:51 (UTC+04:00)
"Narimanfilm" kinostudiyasının istehsalı olan "SAHƏ" bədii filmi ( ssenari müəllifi və quruluşçu-rejissor İlqar Safat) dekabrın 6-dan 12-dək keçiriləcək XI Tiflis Beynəlxalq Film Festivalının beynəlxalq konkurs proqramına daxil edilib. Bu barədə SİA-ya kinostudiyadan məlumat verilib.
"SAHƏ" filmi Azərbaycan tərəfindən "Xarici dildə ən yaxşı film" kateqoriyasında Oskar mükafatı uğrunda mübarizəyə qatılmaq üçün irəli sürülüb.
"SAHƏ" bədii filmi (The Precinct) məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışır.
Film Azərbaycan (Narimanfilm) və Gürcüstan (Georgianfilm və Bagirafilms) ölkələrinin müştərək istehsalı olub, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və PAŞA Bank-ın maliyyə dəstəyi ilə ərsəyə gətirilib.
Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər. Quruluşçu operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əffəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikovdur. Filmin prodüseri Nəriman Məmmədovdur.