Şəki təhsil işçiləri Cənab İlham Əliyevə səs verəcəklər

6 Aprel 2018 21:08 (UTC+04:00)

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin təbliğat qrupunun iştirakı ilə 400 nəfər təhsil işçiləri ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin sədri Həsən Həsənov açaraq prezidentliyə namizəd Cənab İlham Əliyevin 2003-2018-ci illər ərzində ölkə Prezidenti kimi gördüyü titanik işlərdən danışıb.

Bildirib ki, Prezident İlham Əliyevin müdirik, məqsədyönlü siyasəti nəticəsində son 15 ildə Azərbaycan çox böyük uğurlara imza atıb. O əmin olduğunu bildirib ki, Şəki şəhər təhsil işçiləri 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verəcəklər

Tədbirdə YAP Siyasi Şurasının üzvü, millət vəkili, Tarix İnstitutunun direktoru, Akademik Yaqub Mahmudov, ADPU-nun Şəki filialının rektoru Rafiq Rəsulov və YAP Şəki rayon təşkilatı aparatının baş məsləhətçisi Kamil Məmmədov çıxış edərək prezidentliyə namizəd Cənab İlham Əliyevin həyat və fəaliyyəti, eyni zamanda ölkəyə rəhbərlik etdiyi 15 il ərzində gördüyü işlər, Azərbaycan dövlətçiliyinin inkişafı və xalqımızın rifahı naminə sonsuz xidmətləri barədə ətraflı məlumat verib, seçiciləri bu uğurların davam etdirilməsi üçün Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirdə təhsil işçiləri adından çıxış edənlər qəralarının dəyişmədiyini və 11 aprel prezident seçkilərində məntələrə gedərək Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Rövşən