Zərdab seçiciləri "İlhamla irəli" deyir

6 Aprel 2018 20:17 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Növbəti görüş Zərdab şəhər kənd təsərrüfatı və digər xidmət təşkilatlarında çalışan seçicilər ilə keçirib. Görüşü YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova açaraq, Yeni Azərbaycan Partiyasının namizədi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə 2003-cü ildən bu günədək həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, aparılan uğurlu daxili və xarici siyasətdən bəhs edib.

O, Cənab İlham Əliyevin yeni əsrin yeni lideri olduğunu vurğulayaraq seçiciləri 11 apreldə seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.

Prezidentliyə namizəd Cənab İlham Əliyevin təbliğat-təşviqat qrupunun üzvü, AMEA prezidentinin müşaviri, professor Qərib Məmmədov çıxış edərək Azərbaycanda bütün sahələrdə sürətli inkişaf getdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin bütün məqsədyönlü fəaliyyətini Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etdiyini vurğulayan natiq bu dəfəki prezident seçkilərinin də demokratik şəraitdə, ədalətli keçiriləcəyinə, xalqın bu prosesdə fəallıq nümayiş etdirərək layiqli namizədimiz cənab İlham Əliyevə səs verəcəyinə əminliyini ifadə edib.

Təbliğat qrupunun digər üzvü, Milli Məclisin deputatı Jalə Əliyeva cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkədə aparılan uğurlu siyasətdən və dinamik iqtisadi inkişafdan ətraflı söhbət açıb. O, Azərbaycan xalqının ümid yerinin məhz cənab İlham Əliyev olduğunu diqqətə çatdırıb və onun növbəti dəfə də xalqın istəyi ilə Prezident seçiləcəyinə əminliyini bildirib.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Vüsalə Kərimova, Mübariz Umarov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs ediblər. Onlar Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin növbəti dəfə əzəmətli qələbə qazanacağına inandıqlarını bildiriblər.

Görüşdə seçicilər adından çıxış edən Fiqura Abbasova vurğulayıb ki, zərdablılar həmişə dövlətə, dövlətçiliyə, Prezidentimiz cənab İlham Əliyevə öz sədaqətlərini göstəriblər. Sonda seçicilər yekdilliklə bildiriblər ki, seçki günü hamı bir nəfər kimi seçki məntəqələrinə gələcək və xalqımızın layiqli oğluna - İlham Əliyevə səs verəcək. Çünki İlham Əliyevə səs vermək - yüksəlişə, inkişafa, tərəqqiyə, sabitliyə səs vermək deməkdir.