Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Ağsu rayon şöbəsi partiya tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində səhiyyə işçiləri, qadınlarla, rayonun Ərəbuşağı, Ağalarbəyli, Aratlı-Curuğlu, Maşadqanlı kəndlərinin seçiciləri ilə görüşlər keçirib.
YAP Mərkəzi Seçki Qərargahı Ağsu rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Əli Hüseynov çıxış edərək bildirib ki, cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, qüdrətlənmiş və sosial-iqtisadi yüksəliş, ilk növbədə, insanların gündəlik həyatında özünü daha qabarıq büruzə verib. Ə.Hüseynov uğurlu inkişaf naminə seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıb: «Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu gündən-günə yüksəlir, iqtisadiyyatımızda dinamik inkişaf təmin edilir. Əlbəttə ki, bütün bunlara cənab İlham Əliyevin ulu öndər Heydər Əliyev kursuna sədaqəti, gərgin əməyi, xalqına bağlılığı ilə nail olunub. Əminik ki, hər bir azərbaycanlı növbəti illərdə də bu inkişafın davamını cənab İlham Əliyevlə birgə görmək istəyir.»
Görüşlərdə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın aqrar məsələlər üzrə müşaviri, Qərib Məmmədov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin zəngin həyat yolundan, onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlərindən, həmçinin rayonda görülən quruculuq-abadlıq işlərindən danışıblar. Natiqlər ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq olan ağsuluları Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.
Tədbirdə YAP Mərkəzi Seçki Qərargahı rayon şöbəsinin təbliğat –təşviqat qrupunun üzvləri – Camaləddin Zeynalov, Tahir Xasi, Seyfəddin Abdullayev, Sehrayə Hümbətova, Məlahət İbrahimova, Günay İnayətova, Yaşar Qarayev çıxış edərək cənab İlham Əliyevin Azərbaycanı işıqlı gələcəyə apardığını vurğulayıblar və 11 apreldə seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilərdən Ömər Babayev, Anar İsayev, Baris Abasov, Sevil Xalıqova, Ziyafət Qurbanova, Yeganə Cəlilova 11 apreldə məhz cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.