“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi müsahibədə haqlı olaraq vurğuladı ki, bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Hərbi ekspertin sözlərinə görə, beynəlxalq statistik məlumatda da qeyd edilir ki, Azərbaycan ordusu 130 ölkədən 56-cı yer tutub: “50 insan arasında tədqiqat aparılıb. Ermənistan isə 80-ci yerdə qərarlaşıb. Beynəlxalq qurumun bu göstəricisi artıq Azərbaycan ordusunun bu gün nəyə qadir olduğunu və dünyada özünəməxsus yer tutduğunu göstərir. Bir tərəfdən də Azərbaycan Silahlı Qüvvələrində olan bütün silah və texnika XXI əsrin texnikası və silahıdır. Azərbaycan artıq Cənubi Qafqazda ən güclü ordulardan sayılır. Azərbaycan ordusuna ayrılan büdcə bütün Ermənistanın büdcəsindən xeyli çoxdur. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan ordusunun təminatını xüsusi diqqətdə saxlayır və bir Ali Baş Komandan kimi ölkəmizə lazım olan silah-sursatın ən yaxşısını, faydalısını, müasirini alır. Demək olar ki, böyük təlimlər Ali Baş Komandanın özünün bilavasitə rəhbərliyi altında keçir.
Cənab Prezident regionlara səfər edəndə təmas xəttində, hərbi hissələrdə olur və oradakı vəziyyətlə maraqlanır. Bu gün Azərbaycan ordusu irimiqyaslı təlimlər keçirir. Son təlimlər bu yaxınlarda qurtarır. Ondan sonra isə Azərbaycan beynəlxalq təlimlərdə iştirak edir. Buna misal olaraq, ötən il keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan təlimini göstərmək olar. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin mütəxəssisləri beynəlxalq yarışlarda iştirak edir. Azərbaycan Azərbaycan Silahlı Qüvvələrinin mütəxxisləri Qazaxıstanda snayper yarışlarında iştirak edib. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO çərçivəsində Sülhməramlı qüvvələrin tərkibində öz vəzifələrini yerinə yetirirlər. NATO dövləti hər il həmin o qüvvələrin artması ilə bağlı Azərbaycan dövlətinə müraciət edir. Bundan savayı Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan mütəxəssisləri mütəmadi olaraq bir yerdədirlər. Azərbaycan pilotları Türkiyənin pilotları ilə müştərək fəaliyyət göstərirlər. Bir sözlə, Azərbaycan bu gün Azərbaycana qapanmayıb”.