Göyçay seçiciləri seçkilərə "İlhamla irəli" şüarı ilə gedirlər

5 Aprel 2018 19:43 (UTC+04:00)

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Göyçay rayonunda da uğurla davam edir. Seçicilərlə görüş çərçivəsində aparılan kampaniya bu dəfə rayonun Bəydövül kənd sakinləri ilə keçirilib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin sədri Sahib Şükürov Cənab İlham Əliyevin ölkə rəhbəri olduğu 15 ilə yaxın müddət ərzində ölkəmizdə gedən uğurlu inkişaf barədə ətraflı danışıb.

S.Şükürov Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu müddətdə ölkəmizin iqtisadi inkişafı, çox böyük əhəmiyyət kəsb edən iri layihələrin həyata keçirilməsi, demokratik dəyərlərə söykənən dövlətin yaradılması və inkişaf etdirilməsi, əhalinin yaşayış səviyyəsinin ilbəil yaxşılaşması, bütün bölgələrin sosial-iqtisadi inkişafının təmin olunmasına xüsusi önəm verilməsi məsələlərini konkret faktlarla seçicilərin diqqətinə çatdırıb. Natiq bütün seçiciləri aprelin 11-də Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Tədbirdə çıxış edənlər - Zemfira Əliyeva, Ləman Hacıyeva, Rövşən Zamanov, Ağayar Mikayılov və başqaları ölkəmizdə gedən sürətli inkişaf, həmçinin, Prezident İlham Əliyevin daima xalqımıza göstərdiyi yüksək diqqət və qayğı barədə danışıblar. Natiqlər dövlətçiliyə hər zaman sədaqət nümayiş etdirən Göyçay rayon seçicilərinin 11 apreldə seçkilərə gəlməyə, inamlı sabahımıza səs verməyə çağırıblar.

Rövşən RƏSULOV