Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Balakən rayon təşkilatının təbliğat qrupunun rayonun səhiyyə işçiləri ilə görüş keçirib.
Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Balakən rayon şöbəsinin sədri Azad Balayev çıxış edərək rayon səhiyyəsi, onun maddi-texniki bazası haqqında görüş iştirakçılarına məlumat verib. Görüşdə çıxış edən rayon səhiyyə şöbəsinin baş həkimi Dilbər Quliyeva 2006-cı ildən rayon səhiyyəsinə Cənab İlham Əliyevin göstərdiyi dəstəyindən, yeni xəstəxana binasının tikilməsindən, rayon səhiyyəsinə aid tibbi avadanlığın ayrılaraq alınmasından, həkimlərin peşəkarlıq səviyyəsinin yüksək olmasından söz açıb və səhiyyə işçilərini bu uğurların davamı üçün Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə 2006-cı ildə Prezident İlham Əliyevlə görüşmüş həkim Rəisət Tinayeva çıxış edərək rayon səhiyyəsinə göstərdiyi qayğıya görə, ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir. O, Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə ildə iki dəfə əhalinin tibbi müayinədən keçirilməsinə nail olduqlarını Azərbaycanın səhiyyə sisteminin daim yeniləndiyini görüş iştirakçılarının diqqətinə çatdırmışdır.
Həkimlər adından çıxış edən Fərhad Əliyev görüş iştirakçılarını 11 aprel seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevi dəstəkləməyə çağırmışdır.
Görüşdə Milli Məclisin üzvləri Nəsib Məhəməliyev və Kamilə Əliyeva çıxış edərək, Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 il ərzində Azərbaycanın əldə etdiyi sosial-iqtisadi uğurlardan, dövlətimizin inkişafından, əldə olunan uğurlu daxili və xarici siyasətdən
bəhs etdilər. Çıxış edənlər bu uğurların davam etdirilməsi üçün 11 aprel seçkilərində seçiciləri fəal olmağa və Cənab İlham Əliyevə səs verməyə çağırdılar.
ZÜMRÜD