Qax rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Qıpçaq, Amanlı, Tanqıt və Baydarlı kəndlərinin sakinləri ilə görüş keçirilmişdir. Görüşdə çıxış edən təbliğat-təşviqat qrupunun üzvləri Xalid Heydərov və Müzəffər Səfərov Cənab İlham Əliyevin Azərbaycanın çiçəklənməsi naminə gördüyü böyük işlərdən danışdılar.
Qeyd etdilər ki, 2003-cü ildən sonrakı dövrdə Cənab Prezident İlham Əliyev Azərbaycan xalqının sosial rifahının yüksəldilməsi sahəsində, ölkənin neft strategiyasının müəyyənləşməsində, iqtisadiyyatın, mədəniyyətin, yerli özünüidarənin, idmanımızın inkişafında, əhalinin sosial problemlərinin həllində çox vacib işlər görərək, Azərbaycanımızı bugünkü inkişaf mərhələsinə çatdırmışdır. Heç bir dövlətin belə qısa müddət ərzində qazana bilmədiyi uğurları Prezident İlham Əliyev öz gərgin əməyi, istedadı, bacarığı sayəsində reallaşdıraraq, Azərbaycanı qüdrətli dövlətə çevirdi. Cənab İlham Əliyev dünyanın siyasi arenasında müstəqil siyasət yeridən, xalqına və dövlətinə şərəflə xidmət edən bir şəxsiyyət kimi çoxdan tanınmışdı. Bu gün bölgədə heç bir layihə Azərbaycanın iştirakı olmadan həyata keçirilmir. Prezident İlham Əliyevin daim xalqın, dövlətin maraqlarından çıxış etməsi, Azərbaycan xalqının qarşısında gördüyü işlər Onu alternativsiz lider və alternativsiz namizəd kimi dəyərləndirməyə imkan verir. Təbliğat-təşviqat qrupunun üzvləri seçiciləri 11 apreldə Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırdılar.
Tədbirlərdə çıxış edən seçicilərdən Aydın Qurbanov, Həsən Həsənov və Bədrəddin Əzizov vurğuladılar ki, Cənab İlham Əliyev Azərbaycanın inkişaf üçün nümunəvi xidmətlər göstərib. İşgüzarlığı, qabiliyyəti və böyük şəxsiyyətlərə xas olan xüsusiyyətləri ilə seçilən Cənab İlham Əliyev bir çox siyasətçilər üçün örnəkdir. Biz əminik ki, Azərbaycan xalqı 11 apreldə seçki məntəqələrinə gələrək, öz gələcəklərinə səs verəcəklər.