Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsinin üzvləri partiyanın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Cəyirli və Çalov kəndlərində seçicilərlə görüşlər keçiriblər.
Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsinin və YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev çıxış edərək, bildirib ki, Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı Cənab İlham Əliyevin beynəlxalq aləmdə və xalqımız arasında nüfuzu çox yüksəkdir və ona görə də, tam əminliklə demək olar ki, 11aprel prezident seçkilərində xalqımız özünün qətiyyətli və müdrik dövlət başçısına yenidən etimad göstərəcək. O, eyni zamanda, qeyd edib ki, Cənab İlham Əliyevin vətəndaşlar arasında nə qədər böyük hörmət və inama sahib olması həm ölkə daxilində, həm də xaricdə yaxşı məlumdur və bunun da çox ciddi əsasları var. Füzuli Gülaliyev hər kəsi 11 aprel prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verməyə çağırdı.
Görüşlərdə rayon təbliğat-təşviqat qrupunun üzvü Zaur Cəfərov, Cahangir Ağaməmmədov çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Cənab İlham Əliyevin yeni mərhələdə uğurla davam etdirdiyi inkişaf strategiyasının bu gün müstəqil Azərbaycanı regionun ən güclü və qüdrətli dövlətlərindən birinə çevirdiyindən danışıblar və məhz Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz fəaliyyəti, hesabagəlməz xidmətləri nəzərə alınaraq, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, ölkəmizin xoşbəxt gələcəyi, müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi naminə hamını Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə kənd sakinlərindən Hacı Bayram Baloğlanov, Ağakərim Şirinov, Alcan Alcanov və başqaları çıxış edərək, xalqımızın belə bir qətiyyətli lideri yenidən ölkəyə rəhbər seçəcəyinə böyük əminlik ifadə ediblər.
Görüşdə kənd sakinləri çıxış edərək Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, ölkəmizin xoşbəxt gələcəyi və müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi naminə yalnız Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
İnam HACIYEV