Bu gün Sabirabad rayonunun Şıxsalahlı və Güdəcühür kəndlərində təbliğat kampaniyası çərçivəsində möhtəşəm görüşlər baş tutub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Sabirabad rayon şöbəsinin təbliğat qrupu seçicilərlə növbəti görüşünü rayonun Güdəcühür kənd mədəniyyət evinin qarşısında Güdəcühür, Qaratuğay, Axtaçı-Muğan kənd seçiciləri ilə keçirib. Tədbirdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Sabirabad rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Məleykə Ağayeva çıxış edərək vurğulayıb ki, ötən 15 il ölkə həyatı üçün strateji əhəmiyyət daşıyan inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Rayon şöbəsinin sədri tam əminliklə bildirib ki, Yeni Azərbaycan Partiyası seçkilərə böyük inamla gedir, partiyanın ötən seçkilərdə olduğu kimi, aprelin 11-də keçiriləcək prezident seçkilərində də qələbə qazanacağı mütləqdir.
Tədbirdə çıxış edən YAP İdarə heyətinin üzvü Yusif Hümbətov bildirib ki, ötən 15 il ərzində müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, qüdrətlənmiş, sosial-iqtisadi yüksəliş ilk növbədə insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir. Regionların sosial-iqtisadi inkişafına xidmət edən Dövlət proqramları bölgələrə sərmayə qoyuluşlarının həcmini əhəmiyyətli dərəcədə artırmışdır.
Natiq çıxışının sonunda qətiyyətlə bildirib ki, YAP seçkilərdə xalqın yüksək etimadını qazanacaq.
Görüşdə Milli Məclisin deputatları Rüstəm Xəlilov, Elçin Quliyev çıxış edərək qeyd ediblər ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya miqyasında dinamik inkişaf tempinə malik olan ölkələr sırasında aparıcı yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin olunması və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Görüşdə seçicilər adından çıxış edən Gülyetər Əhmədova, Müstərəm Salmanov və başqaları xalqın rifahı və ölkənin inkişafı naminə gördüyü böyük işlərə görə 11 aprel 2018-ci il tarixində seçki məntəqələrinə gələrək cənab İlham Heydər oğlu Əliyevə səs verəcəklərini böyük ruh yüksəkliyi ilə bildiriblər.
Sabirabad rayonun Şıx Salahlı kəndində Şıx Salahlı, Osmanlı, Qaragüney, Dadaşbəyli kəndlərinin seçicilərilə də görüş keçirilib. Görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva çıxış edərək bildirib ki, seçki günü hər bir seçicinin seçkiyə gəlməsi vacibdir. Hər bir vətəndaş öz hüququndan istifadə etməlidir. Bu gün ölkəmizdə məqsədyönlü sosial siyasətinin həyata keçirilməsi əhalinin keyfiyyətli və etibarlı qayğı ilə əhatə olunmasına imkan yaradıb, sosial müdafiyə daha çox ehtiyacı olan insanlara diqqət gücləndirilib. Paytaxtda və regionlarda iqtisadi ehtiyatların səfərbər edilməsi yeni müəssisələrin və iş yerlərinin yaradılmasın, işsizliyin səviyyəsinin minimuma endirilməsinə, insanların layiqli yaşayışının təmin edilməsinə səbəb olub.
Sonra çıxış edən Milli Məclisin deputatı Elçin Quliyev, Rüstəm Xəlilov xüsusi vurğulayıblar ki, ictimai-siyasi sabitliyin qorunması və daha da gücləndirilməsi 2003-2018-ci illərdə Prezident İlham Əliyevin xarici siyasətin əsas prioritetlərindən biri olub. Həmin dövr Azərbaycanın ən yeni tarixinə sabitlik, təhlükəsizlik, hərtərəfli inkişaf dövrü kimi daxil olub, Azərbaycan bütün dünyada sabitlik adası kimi tanınıb. İnanırıq ki, hər bir Sabirabadlı seçici öz seçki hüququndan istifadə edərək Yeni Azərbaycan Partiyasının namizədi, xalqın sevimlisi İlham Əliyev cənablarına səs verəcəkdir.
YAP İdarə heyətinin üzvü Yusif Hümbətov çıxışında vurğulayıb ki, cənab İlham Əliyev son 15 ildə Azərbaycan üçün sürətli inkişaf yaratmaqla dünya ölkələri içərisində nüfuz və qüdrətimizi qat-qat artırıbdır. Hər bir azərbaycanlı kimi sabirabadlılar da onu özünün böyük dövlət xadimi hesab edir və bu seçkilərdə məhz cənab İlham Əliyevə səs verəcəklər. Biz azərbaycanlı olaraq fəxr edirik ki, hər bir Azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev yenidən Prezident seçiləcək.
Sonra çıxış edən seçicilər Bəylər Heydərov, Rahilə Şıxəliyeva, Elvin Əsgərov bildiriblər ki, cənab İlham Əliyev 2003-cü ildə Prezident seçkiləri ərəfəsində bəyan etmişdi ki, əgər Azərbaycan xalqı ona etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri iləməşğul olacaq. Bu məqsədlə artıq 3 proqram icra olunub. Hər bir azərbaycanlının prezidenti cənab İlham Əliyevin daim xalqın içərisində olub, xalqına göstərdiyi yüksək qayğı və diqqətdən genişliyi ilə bəhs edib. Bu gün Azərbaycanın hər bir rayonu hətta kəndləri belə inkişaf edir. Bütün bunların davamlılığı üçün 11 Apreldə seçkilərə gələrək hər birinizi cənab İlham Əliyevə səs verəcəyik. Gəlin birlikdə İlhamlı gələcəyə inamla addımlayaq.
İqbal Mikayılov