Ağstafalılar işıqlı sabaha səs verəcəklər

5 Aprel 2018 17:48 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Ağstafa rayon şöbəsinin üzvləri növbəti görüşü Ağstafa rayonunun Köçvəlili kəndində və Qarayazı, Saloğlu qəsəbələrində keçiriblər.

YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov görüşlərdə çıxış edərək bildirib ki, aprel ayının 11-də respublikamızda keçiriləcək prezident seçkiləri dövlətimiz və xalqımız üçün mühüm əhəmiyyət daşıyır. Ölkəmiz son 15 ildə cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində hərtərəfli inkişaf yolu keçib. O, əmin olduğunu bildirib ki, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə xalqımız bu dəfə də səs verərək möhtəşəm qələbəsini təmin edəcəklər.

Görüşlərdə çıxış edən təbliğat-təşviqat qrupunun üzvləri Firdovsi Heydərli, Fəxrəddin Səfiyev hər bir ağstafalı seçicinin öz seçki hüququndan istifadə edərək Yeni Azərbaycan Partiyasının namizədi, xalqın sevimlisi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Digər çıxış edənlər də öz çıxışlarında xalqımızın Azərbaycanın sürətli və dayanıqlı inkişafı naminə cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.