Azər Badamov: "Azərbaycan dünyada sülhün əmin-amanlığın tərəfdarıdır" AÇIQLAMA

5 Aprel 2018 16:07 (UTC+04:00)

“Qoşulmama Hərəkatına Azərbaycanın qoşulması onu deməyə imkan verir ki, Azərbaycan dünyada sülhün əmin-amanlığın tərəfdarıdır. Qoşulmama Hərəkatının üzvləri olan ölkələr heç bir siyasi hərbi blokun üzvü deyillər və onlar neytral olaraq dünyada təhlükəsizliyin qarşılıqlı anlaşma yoluyla təmin olunmasına tərəfdardırlar”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Cənab Prezidentin bu təşkilatın konfransında çıxış etməsi və Azərbaycanın mövqeyini bildirməsi onu deməyə imkan verir ki, Azərbaycan hər zaman öz vədinə sadiqdir və dünyada baş verən qırğınların, hərbi güclərin göstərilməsinin əleyhinədir. Azərbaycan özüdə işğal altında olan ölkədir və bu işğal prosesini sülh yoluyla təmin etməyə çağırır. Qoşulmama Hərəkatının üzvüyük və bütün cəhdlərimizi ortaya qoyuruq. Lakin düşmənlərimiz bu illər ərzində sülh yolu ilə torpaqlarımızı geri qaytarmaq istiqamətində heç bir addım atmayıb. Qoşulmama Hərəkatı üzvləridə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və hər zaman Azərbaycanın sülh yolu ilə torpaqlarını azad etməsi barədə addımlarını yüksək dəyərləndirir. Ancaq, danışıqlar öz nəticəsini verməzsə Azərbaycan öz torpaqlarını öz gücü ilə azad etməyə qadirdir”.