YAP Mərkəzi Seçki Qərargahının Cəbrayıl rayon şöbəsi təbliğat kampaniyası qrafikinə uyğun olaraq işğaldan azad olunmuş Cəbrayıl rayon Cocuq Mərcanlı kəndində prezidentliyə namizəd İlham Heydər oğlu Əliyevin seçkiqabağı təbliğat kompaniyası çərçivəsində seçicilərlə növbəti tədbir keçirib.
Tədbiri YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev giriş nitqi ilə açıq elan edib. Aprel şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Aprel şəhidlərinin tökdüyü qan hesabına Cocuq Mərcanlı kəndinin işğaldan azad olunduğunu bildirib.
Təbliğat tədbiri çərçivəsində seçicilərlə prezidentliyə namizəd İlham Heydər oğlu Əliyev seçkiqabağı platformasını əks etdirən bukletlər paylanıb və İlham Əliyevin son 15 ildə respublikamızda gördüyü möhtəşəm işlərdən, tarixi naliyyətlərdən, dövlətimizin artan qüdrətindən, ölkəmizin simasının bütünlükdə dəyişməsindən, insanların həyatının yaxşılaşmasından bəhs edilib.
Seçicilərlə görüşdə Cocuq Mərcanlı kənd sakini 1-ci dərəcəli “Əmək” ordeni laurantı Oqtay Həziyev, rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, Ağsaqqallar Şurasının idarə heyətinin üzvü Əyub Quliyev, müəllim İsmət Həziyev, müəllim Səidə Quliyeva, Milli Məclisin Deputatı Astan Şahverdiyev çıxış ediblər.