Bu gün Şabran rayonunda aqrar sahədə çalışan işçilərlə və rayonun Gəndov kənd camatı ilə görüş keçirilib. 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkiləri ilə bağlı YAP-nın Mərkəzi Seçki Qərargahının Şabran rayon şöbəsində yaradılmış təbliğat qrupunun sədri, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, təbliğat qrupun üzvləri YAP Şabran rayon təşkilatının Şura üzvüləri Tofiq Əmrahov və Seymur Qədəşov görüşlərdə iştirak edib, prezidentliyə namizən cənab İlham Əliyevin mənalı həyatı və siyasi fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.