Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatı 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində partiyanın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Bu gün Salyan rayonunun Uluxanlı kəndində Seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov, Milli Məclisin Deputatı Fəzail Ağamalı, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri İlham İsmayılov, YAP Salyan rayon təşkilatı icra aparatının rəhbəri Mirzə Mirzəyev, İdarə Heyətinin üzvü Əbülfət Bədəlov, YAP üzvü Sahib Həsənov və Rüstəm Məlikov iştirak ediblər.
Görüşdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə Azərbaycanın qazandığı uğurlardan danışılıb.