YAP Mərkəzi Seçki Qərargahının Xaçmaz rayon şöbəsi tərəfindən Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində rayonun xidmət təşkilatları ilə görüş keçirilib.
Görüşü YAP Xaçmaz rayon təşkilatının sədr müavini Abasyar Heydərov açaraq ölkə başçısının düşünülmüş siyasəti nəticəsində respublikada hərtərəfli inkişafın müşahidə olunduğunu bildirib. Qeyd edib ki, Cənab İlham Əliyevin 15 illik hakimiyyəti dövründə Azərbaycan dövləti regionun ən qüdrətli ölkəsinə çevrilmişdir: "Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində, Azərbaycanın hər bir guşəsi abadlaşır və gözəlləşir. Məhz ölkədə gedən abadlıq-quruculuq prosesi Xaçmaz rayonundan da yan keçməmişdir. Bütün görülən işlər insanların maddi rifahının yüksəlməsinə və rahatlığını təmin etməyə hesablanıb".
A.Heydərov bu uğurlara, sosial rifaha, gələcəyimizin işıqlı sabahlarına görə seçiciləri Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Tədbirdə seçicilərdən Ənvər Mehyəddinov, Razim Davudov, rayon şöbəsi təşviqat qrupunun üzvlərindən Sürəyyə Əmirova, Əli Mustafayev və başqaları çıxış edərək həyata keçirilən quruculuq işlərindən, ölkəmizdə gedən dinamik inkişafdan danışıblar. Onlar, birmənalı tərzdə bildiriblər ki, Cənab İlham Əliyevin düşünülmüş siyasətini dəstəkləyən xaçmazlılar öz tarixi seçimlərini 11 aprel günü məntəqələrə gələrək, Cənab İlham Əliyevə səs verməklə təsdiqləyəcəklər.
Nəzakət ƏLƏDDİNQIZI