Siyəzənlilərin seçimi Cənab İlham Əliyevdir

4 Aprel 2018 20:08 (UTC+04:00)

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Siyəzən rayonunda da uğurla davam edir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüş Siyəzən şəhərində keçirilib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Siyəzən rayon şöbəsinin sədri Etibar Heydərov Yeni Azərbaycan Partiyasının Sədri və vahid namizədi, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin 2003-cü ildən etibarən, ölkə başçısı kimi genişmiqyaslı və çoxşaxəli fəaliyyəti, Onun müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və xalqımızın rifahının ildən-ilə daha da yaxşılaşdırılması istiqamətində apardığı uğurlu daxili və xarici siyasət haqqında ətraflı məlumat verib. O, siyəzənli seçiciləri seçki prosesində fəal iştirak etməyə və aprelin 11-də mütəşəkkil şəkildə seçki məntəqələrinə gələrək, Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Tahir Süleymanov gördüyü işlərlə ümumxalq dəstək və etimadını qazanan Möhtərəm Prezidentimiz İlham Əliyevin ötən dövr ərzində xalqımızın rifahının yaxşılaşdırılması, dövlət siyasəti səviyyəsində Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin, ümumiyyətlə, bütün ictimai-siyasi sahələrinin inkişafına göstərilən diqqət və qayğıdan danışaraq, bu nailiyyətlərin davamlı olması üçün seçiciləri xalqımızın alternativsiz Lideri Cənab İlham Əliyevə səs verməyə dəvət edib.

Görüşdə çıxış edən seçicilər prezident seçkilərində məntəqələrə gələrək, uğurlu gələcəyə, partiyanın namizədi Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

ZÜMRÜD