11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Zərdab rayonunda görüşlər davam etdirilir. Seçicilərlə növbəti görüş Zərdab rayon səhiyyə və mədəniyyət işçiləri ilə keçirilib.
Tədbiri YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova açaraq, Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyev Cənablarının həyata keçirdiyi ardıcıl və sistemli islahatlardan, uğurlu daxili və xarici siyasət nəticəsində, ölkəmizin son illərdə qazandığı nailiyyətlərdən bəhs edib. P.Mahmudova Zərdab rayon seçicilərini Ulu Öndər Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva bildirib ki, Azərbaycanda qazanılan hər bir qələbənin əsas mənbəyi xalqın Ulu Öndər Heydər Əliyev yoluna inamı və sədaqətidir. Jalə Əliyeva çıxışında Cənab İlham Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən, Azərbaycanın uğurlu, daxili və xarici siyasətindən, qazanılmış uğurlardan geniş söhbət açıb. O, qeyd edib ki, Azərbaycan xalqı prezident seçkilərində İlham Heydər oğlu Əliyevə səs verməklə bir daha sabitliyə, əmin-amanlığa və inkişafa səs verəcək.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Ruslan Nemətov, Gülağa İsgəndərov, Vəfa Bayramova və Mübariz Umarov Cənab İlham Əliyevin rəhbərliyi altında son 15 il ərzində həyata keçirilmiş işlər və qazanılmış nailiyyətlər barədə öz fikirlərini bölüşdülər və seçiciləri 11 aprel 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyasinın namizədi Cənab İlham Əliyevə səs verməyə səsləyiblər.
Görüşdə mədəniyyət və səhiyyə işçiləri adından çıxış edən seçicilər, o cümlədən, Nailə Əliyeva, Südabə İsmayılova və Rəna Namazova da bu seçkilərdə Cənab İlham Əliyevin qələbə qazanacağına kimsənin şübhə etmədiyini söyləyərək, aprelin 11-də Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Rövşən RƏSULOV