Göyçaylıların seçimi İlham Əliyevdir!

4 Aprel 2018 19:52 (UTC+04:00)

YAP Göyçay rayon təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə daha bir görüşünü Ləkçılpaq kəndində keçirib.

Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov bütün qonaqları və seçiciləri salamlayaraq, 11 aprel tarixində keçiriləcək Prezident seçkilərinin dövlətimizin və xalqımızın həyatında mühüm siyasi hadisə olduğunu vurğulayıb. S.Şükürov qeyd edib ki, ölkəmizdə əmin-amanlığı təmin edən Prezident İlham Əliyevdir. "O, Azərbaycan xalqının firavan yaşaması, ölkəmizin milli maraqlarının təmin olunması üçün əlindən gələn hər şeyi edir. Bu baxımdan, bizlər də seçki günü öz fəallığımızı göstərməli və məntəqələrə gedib, partiyamızın alternativsiz namizədi İlham Əliyev cənablarına səs verməliyik" S.Şükürov bildirib.

Çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov, vurğulayıb ki, Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti Cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi xalq tərəfindən böyük sevinclə qarşılanıb. Belə ki, ötən 15 il ərzində Azərbaycan daima irəliləyib, regionun lider dövlətinə çevrilib. "Dövlət başçımız İlham Əliyevin qeyd etdiyi kimi, güclü Azərbaycan hamımızın qürur mənbəyidir.Azərbaycanın güclü olması üçün "İlhamla irəli" deyək və Cənab İlham Əliyeve səs verək".

Daha sonra çıxış edən millət vəkili Sabir Hacıyev isə bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. "Xalqimiz 11 aprel prezident seçkilərində cənab İlham Əliyevə səs verməklə öz dövlətini qoruyacaq"-deyə qeyd edən deputat vurğulayıb ki, Cənab İlham Əliyev Azərbaycanı demokratik inkişaf yolu ilə irəli aparan, bir çox sahələrdə dünyaya nümunə olan liderdir.

Çıxış edən kənd sakinləri Arif İsmayılov, Tahir İsmayılov, Məmmədova Aybəniz və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə yekdilliklə səs vercəklərini bəyan edərək hər kəsi seçki günü fəal olmağa çağırıblar.