“İlhamla irəli” seçki kampaniyası Şəmkir uğurla davam edir

4 Aprel 2018 19:19 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahının Şəmkir rayon şöbəsinin təşviqat qrupunun üzvləri rayonun Dəllər qəsəbə, Bayramlı və Qaracəmirli kəndlərində seçicilərlə görüş keçirdi.

Tədbiri giriş sözü ilə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açdı. O, qarşıdan gələn Prezident seçkiləri haqqında məlumat verərək seçki günü hər bir seçicinin seçkiyə gəlməyinin vacibliyini vurğuladı. Məqsədyönlü sosial siyasətinin həyata keçirilməsi əhalinin keyfiyyətli və etibarlı qayğı ilə əhatə olunmasına imkan yaratmış, sosial müdafiyə daha çox ehtiyacı olan insanlara diqqət gücləndirlimişdir. Paytaxtda və regionlarda iqtisadi ehtiyatların səfərbər edilməsi yeni müəssisələrin və iş yerlərinin yaradılmasın, işsizliyin səviyyəsinin minimuma endirilməsinə, insanların layiqli yaşayışının təmin edilməsinə səbəb olmuşdur.

Sonra Milli Məclisin deputatı Sona Əliyeva çıxışında bildirib ki, İctimai-siyasi sabitliyin qorunması və daha da gücləndirilməsi 2003-2018-ci illərdə Prezident İlham Əliyevin xarici siyasətin əsas prioritetlərindən biri olub. Həmin dövr Azərbaycanın ən yeni tarixə sabitlik, təhlükəsizlik, hərtərəfli inkişaf dövrü kimi daxil olub, Azərbaycan bütün dünyada sabitlik adası kimi tanınıb. Mən inanıram ki, hər bir Şəmkirli seçici öz seçki hüququndan istifadə edərək Yeni Azərbaycan Partiyasının namizədi, xalqın sevimlisi İlham Əliyev cənablarına səs verəcəkdir.

YAP Mərkəzi Seçki Qərərgahının Şəmkir rayon şöbəsinin təşviqat qrupunun üzvləri Məcid Şıxlıniski, Emin İsmayılov, Məmməd Qasımov, Famil Həmidov, Ceyhun Məmmədov çıxışlarında vurğuladılar ki, cənab İlham Əliyev son 15 ildə Azərbaycan üçün sürətli inkişaf yaratmaqla dünya ölkələri içərisində nüfuz və qüdrətimizi qat-qat artırıbdır. Hər bir Azərbaycanlı kimi Şəmkirlilərin də sosial vəziyyəti günbəgün yaxşılaşır, həyat səviyyəsi yüksəlir. Məhz bu amillərə görə Xalq Onu özünün böyük dövlət xadimi hesab edir və bu seçkilərdə məhz Cənab İlham Əliyevə səs verəcəkdir. Biz Azərbaycanlı olaraq fəxr edirik ki, hər bir Azərbaycanlının Prezidenti olan Cənab İlham Əliyev yenidən Prezident seçiləcəkdir.

Sonra çıxış edənlər seçicilər bildirdilər ki, Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçkiləri ərəfəsində bəyan etmişdi ki, əgər Azərbaycan xalqı ona etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri iləməşğul olacaq. Bu məqsədlə artıq 3 proqram icra olunub. Hər bir azərbaycanlının prezidenti cənab İlham Əliyevin daim xalqın içərisində olub, xalqına göstərdiyi yüksək qayğı və diqqətdən genişliyi ilə bəhs etmişdir. Bu gün Azərbaycanın hər bir rayonu hətta kəndləri belə inkişaf edir. Bütün bunların davamlılığı üçün 11 Apreldə seçkilərə gələrək hər birinizi Cənab İlham Əliyevə səs verəcəyik. Gəlin birlikdə İlhamlı gələcəyə inamla addımlayaq.