Neftçala rayonunda təşviqat görüşləri davam edir

4 Aprel 2018 17:29 (UTC+04:00)

Neftçala rayonunda növbəti təşviqat görüşləri keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, YAP Mərkəzi Seçki Qərargahının Neftçala rayon şöbəsinin “İlhamla İrəli” təşviqat qurupu bu gün rayonun Cəngan kəndində seçicilərlə görüş keçiriblər.

Görüşdə çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov bildirib ki, 11 aprel tarixində keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 15 ildə böyük inkişaf yolu keçmişdir: ”Azərbaycan regionun Lider dövlətinə çevrilib. Azərbaycan sabitlik və təhlükəsizlik baxımından nümunə olan ölkələrdən biridir.”

Natiq qeyd etdi ki, təbliğat-təşviqat mərhələsi çərçivəsində keçirilən görüşlərdə yüksək seçici fəallığı müşahidə edilir və seçicilər Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevi dəstəklədiklərini birmənalı şəkildə ifadə edirlər.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləyir.

Anar Cəfərov əmin olduğunu bildirdi ki, neftçalalılar ən layiqli namizəd cənab İlham Əliyevə səs verəcəklər. Sonra çıxış edən Millət Vəkili Fəzail Agamalı, kənd sakinləri Səhrəbanu Ağalarova, Elman Soltanov bildirdilər ki, xalqimiz 11 aprel prezident seçkilərində cənab İlham Əliyevə səs verməklə xoş gələcəyə və tərəqqiyə səs vermiş olacaq. Ona görə ki, xalqımızın fəxri, böyük və qətiyyətli dövlət başçısı İlham Əliyev ölkə vətəndaşlarının ümid və qürür mənbəyidir. İlham Əliyev Azərbaycan xalqının alternativsiz lideridir və cəmiyyət yekdilliklə onun siyasətini dəstəkləyir. Prezident İlham Əliyevin cəsarətli və müdrik siyasəti sayəsində bügünkü qüdrətli Azərbaycan mövcuddur. Təbliğat-təşviqat kampaniyası zamanı respublikanın hər yerində seçicilər, cəmiyyətin bütün təbəqələrinin nümayəndələri dövlət başçısı, YAP-ın Sədri İlham Əliyevə böyük rəğbətlərini ifadə edirlər və seçki günü tərəddüd etmədən Onun namizədliyini dəstəkləyəcəklərini vurğulayıblar.

İqbal Mikayılov