Neftin qiyməti 88 dollar olub

5 Noyabr 2010 18:02 (UTC+04:00)
Bu gün dünya bazarındakı qaraqızılın qiymətləri 88 dollara çatıb. Dünya ekspertləri neftin qiyməyindəki artımın dollarının dəyər itirməsi ilə əlaqədər olduğunu biliriblər. SİA-nın məlumatına görə, Nyu-York əmtəə birjası NYMEX-də dekabr fyuçerslərinə görə WTI markalı neft bir barelə görə 1,80 artaraq 86,49 dollar olaraq müəyyənləşib. London əmtəə birjasında isə ICE Futures-də Brent Crude Oil markalı neftin qiyməti isə 1,62 dollar artaraq 88,00 dollar təşkil edib. Qeyd edək ki, ABŞ bu yönümdə dövlət büdcəsindən 600 milyard dollar vəsait ayırıb.