Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Xaçmaz rayon şöbəsi 11 Aprel tarixində keçiriləcək Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təbliğat kampaniyasını uğurla davam etdirərək rayonun Nərəcan kənd seçiciləri ilə görüş keçirmişdir.
Görüşü YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq ölkə başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr sayəsində Azərbaycanın iqtisadi nəticələri ilə aparıcı dövlətlər sırasında yer aldığını bildirib. Qeyd edib ki, 2003-cü ildən həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti nəticəsində ölkəmizdə inkişafın davamlılığı təmin olunub. Rayon təşkilat sədri əldə edilən uğurların məntiqi olaraq Azərbaycanın dünyanın aparıcı dövlətinə, eləcə də beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrildiyini bildirib.
O, xaçmazlı seçiciləri gələcəyimizin daha yeni qələbələrə və uğurlara imza atması üçün YAP-ın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Tədbirdə kənd seçicilərindən Yəhyayev Hacıağa, Davudov Rasim, Mustafayev Əli və başqaları çıxış edərək Azərbaycan Prezidenti Cənab İlham Əliyevin fəaliyyəti nəticəsində ölkəmizin hərtərəfli inkişaf etdiyini, Azərbaycanın dünyada sabitlik adasına çevrildiyini diqqətə çatdırıblar. Seçicilər Azərbaycanın bugünkü reallıqlarını nəzərə alaraq Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
NƏZAKƏT