Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatı 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Bu gün rayonun Arbatan kəndində seçicilərlə, həmçinin ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.
Görüşdə YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov, Milli Məclisin Deputatı Əliağa Hüseynov və YAP üzvləri çıxış edərək bildiriblər ki, Azərbaycanın uğurlarının davamlı olması üçün 11 aprel 2018-ci il tarixdə Cənab İlham Əliyevə səs verək.