Oğuzlu gənclər Cənab İlham Əliyev siyasətini dəstəkləyir

4 Aprel 2018 15:28 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Oğuzda gənclərlə növbəti görüş keçirilib.

Görüşü giriş sözü ilə YAP Mərkəzi Seçki Qərargahının Oğuz rayon şöbəsinin sədri Saleh Məhərrəmov açaraq, bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 15 ildə möhtəşəm tarixi nailiyyətlər əldə olunub. Təşkilat sədri ölkə başçısı tərəfindən reallaşdırılan uğurlu daxili və xarici siyasətin ölkəmizin xoşbəxt gələcəyinin, xalqımızın firavan güzəranının etibarlı təminatçısı olduğunu vurğulayıb. S.Məhərrəmov əminliklə qeyd edib ki, növbəti seçkilərdə də xalq bu reallıqları nəzərə alaraq, Cənab İlham Əliyevə səs verəcək.

Tədbirdə YAP Mərkəzi Seçki Qərargahının Oğuz rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Mehman Ramazanov çıxışında Cənab İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Gənclərin sağlam həyat yaşaması, onların elm, təhsil, idman və digər sahələrdə fəaliyyət göstərməsi üçün bu gün dövlətimiz tərəfindən böyük imkanlar yaradıldığını iştirakçıların diqqətinə çatdırıb. M.Ramazanov qeyd edib ki ki, həmişə olduğu kimi, gənclər növbəti prezident seçkilərində də xüsusi fəallıq göstərəcəklər. Əldə olunan uğurların nəticəsi olaraq, gəncləri 11 apreldə partiyamızın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Oğuz rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Ramiz Mahmudov və Emin Əzimli dövlətimiz tərəfindən gənclər üçün geniş meydan açıldığını və imkanlarının üzə çıxmasına əlverişli şərait yaradıldığını bildiriblər. Çıxış edənlər əminliklə qeyd ediblər ki, oğuzlu gənclər də, bu siyasətin davamlı olması üçün bir nəfər kimi, Yeni Azərbaycan Partiyasının namizədi, Cənab İlham Əliyevə səs verəcəklər.

Görüşdə çıxış edən, seçicilərdən Yeganə Süleymanlı və Həqiqət Rəsulova bildirib ki, 11 aprel 2018-ci il tarixdə keçiriləcək seçkilərdə oğuzlu gənclər, bir nəfər kimi Yeni Azərbaycan Partiyasının namizədi, Cənab İlham Əliyevə səs verəcəklər.

Daha sonra görüşdə çıxış edən Milli Məclisin komitə sədri Aqiyə Naxçıvanlı qeyd edib ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmdə Azərbaycan hərtərəfli və sürətli inkişaf tempi əldə edib. O, gəncləri 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində YAP-ın namizədi İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıb.

ZÜMRÜD