Zərdablılar qələbələrin qarantı İlham Əliyevə “HƏ” deyir!

4 Aprel 2018 15:20 (UTC+04:00)

11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində tədbirlər Zərdab rayonunda da uğurla davam etdirilir.

Növbəti iki görüş aprelin 4-də rayonun Məlikli, Burunlu və Sarıqaya, Qoruqbağı kəndlərinin seçiciləri ilə keçirilib. Görüşdə YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova çıxış edərək, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin apardığı məqsədyönlü və düşünülmüş daxili və xarici siyasətdən, həyata keçirdiyi uğurlu iqtisadi islahatlardan, ölkəmizdə o cümlədən rayonumuzda gedən abadlıq quruculuq işlərindən danışıb, seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev cənablarına səs verməyə çağırıb.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva Cənab İlham Əliyevin fəaliyyəti dövründə ölkəmizin əldə etdiyi inkişafdan danışıb və bu inkişafın davamlı olması üçün seçiciləri partiyamızın namizədinə səs verməyə çağırıb. Deputat bildirib ki, təbliğat-təşviqat mərhələsi çərçivəsində keçirilən görüşlərdə yüksək seçici fəallığı müşahidə edilir və seçicilər Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyevi dəstəklədiklərini birmənalı şəkildə ifadə edirlər. “Xalq inkişaf və sabitlik üçün öz Prezidentinə - Cənab İlham Əliyevə səs verməlidir” J.Əliyeva çağırış edib.

Növbəti çıxış edənlər - Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Gülağa İsgəndərov, Cəvahir İsmayılova, Vüsalə Kərimova və Mübariz Umarov ölkəmizin əldə etdiyi uğurlardan və bütün bunların xalqımızın qeyrətli oğlu Cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsi olduğundan söhbət açaraq, seçiciləri bütün bu nailiyyətlərin, qələbələrin təminatçısı, qarantı olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.

Görüşlərdə seçicilər adından çıxış edən kənd sakinləri artıq öz seçimlərini müəyyənləşdirdiklərini, seçki günü məntəqələrə gələrək vahid, layiqli namizəd olan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.