Şamaxı rayonunda Yeni Azərbaycan Partiyasının tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir.
Təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Şəhriyar və Kələxana kəndlərində dünən, 4 aprel tarixində keçirilən tədbirlərdə YAP Mərkəzi Seçki Qərargahı Şamaxı rayon şöbəsinin üzvləri Ağarza Bayramov, Səməd Fətəliyev, Güllü Babaşova, Hacıbaba Şıxıyev, Tünzalə Yusifova, Nəzakət Abdulrazaqova, çıxış ediblər.
Görüşlərdə çıxış edən YAP Şamaxı rayon qərargah üzvü Tünzalə Yusifova qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daim uğurlar qazanıb, hazırda isə regionun lider ölkəsinə çevrilib, beynəlxalq aləmdə mövqeyi xeyli güclənib. Məhz buna görə də, o, seçiciləri 11 aprel seçkilərində fəal iştirak etməyə, yenə də cənab İlham Əliyevə səs verməyə çağırıb. Çıxış edən Qərargah üzvü Hacıbaba Şıxıyev son 15 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin qazandığı uğurlardan bəhs edib və bildirib ki, cənab İlham Əliyevə səs vermək tərəqqiyə, yüksəlişə və inkişafa səs vermək deməkdir.
Şəhriyar kənd sakinlərindən Mayıl Alcanov və Çingiz Dadaşov çıxış edərək cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini qeyd edərək, seçiciləri 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində YAP-ın namizədi cənab İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıblar. İştirakçılar seçicilərin yalnız cənab İlham Əliyevə səs verəcəklərinə əminlik ifadə ediblər və bildiriblər ki, Şamaxı seçicilərinin yeganə seçimi alternativsiz lider, cənab İlham Əliyevdir.
İnam HACLYEV