Ağdaşda seçicilərlə zirvə görüşü keçirilib

3 Aprel 2018 20:42 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı Ağdaş rayon şöbəsinin təşkilatçılığı ilə YAP-ın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdaş şəhər stadionunda seçicilərlə zirvə görüşü - konsert-mitinq keçirilib. 25 mindən çox ağdaşlının qatıldığı görüş böyük coşqu və ruh yüksəkliyi başlayıb.

Zirvə görüşündə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov prezidentliyə namizəd Cənab İlham Əliyevin 15 il ölkəmizə rəhbərliyi dövründə xalq və dövlət üçün gördüyü genişmiqyaslı işlərdən, Azərbaycanın beynəlxalq aləmdə artan nufuzundan, iqtisadi inkişafdan danışıb. C.Osmanov bu inkişafın davamı olması naminə, ağdaşlı seçiciləri Cənab İlham Əliyevə yenidən səs verməyə çağırıb.

Zirvə görüşündə Ağdaş rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, Milli Məclisin deputatları Elman Nəsirov və Sabir Hacıyev çıxış ediblər. Onlar Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı Cənab İlham Əliyevin Prezidentiyi dövründə Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna sadiq qalması, bu siyasi kursun müasir dövrün tələblərinə uyğun formada həyata keçirilməsi və bunun da nəticəsində, müstəqil Azərbaycanın regionun ən güclü dövlətinə çevrilməsi, eyni zamanda, ölkədə həyata keçirilən misilsiz abadlıq-quruculuq işlərindən və infrastruktur layihələrindən söz açıblar.

Zirvə görüşünə qatılan ağdaşlı seçicilər Cənab İlham Əliyevin ünvanına sürəkli alqış və ağdaşlılar "İlhamla irəli" şüarını səsləndiriblər. Birmənalı şəkildə, Cənab İlham Əliyev siyasətini dəstəkləyəcəklərini, 11 aprel tarixində xalqımızın Liderinə-Cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər. Ona görə ki, məhz dahi siyasətçinin qətiyyətli addımları Azərbaycanı daha uğurlu sabahlara aparacaq.

Zirvə görüşü respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı ilə başa çatıb.

ZÜMRÜD