İlkin Həsəni: "Qızım, həyatıma xoş gəldin" VİDEO+FOTO

4 Aprel 2018 14:52 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, İlkin Həsəni ata olub. SİA-nın məlumatına görə, aktyor qızı ilə ilk fotosunu "İnstagram" səhifəsində paylaşaraq, bu sözləri yazıb: "Bu dəfə ata-bala. Qızım, həyatıma xoş gəldin. İnanılmaz hislərdir. Allah olmayanlara qismət eləsin”.

Sosial şəbəkədə aparıcının xanımı və qızını xəstəxanadan çıxararkən lentə alınmış videosu yayılıb.

Qeyd edək ki, İlkin ötən il Aysel adlı xanımla ailə qurub. Cütlüyün övladı martın 18-də dünyaya gəlib. Onlar körpəyə Alisa adını qoyublar.