11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Mərkəzi Seçki Qərargahının Xaçmaz rayon şöbəsi tərəfindən Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Xaçmaz rayonunda 50 mindən artıq seçicinin iştirakı ilə izdihamlı zirvə görüşü keçirildi. "İlhamla irəli" şüarı ilə keçirilən tədbirin aparıcıları Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son 15 ildə böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıblar.
Tədbirdə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev qeyd edib ki, ölkə başçısı Cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr sayəsində Azərbaycan dövləti iqtisadi nəticələri ilə aparıcı dövlətlər sırasındadır. Azərbaycan dövləti müstəqilliyin möhkəmləndirilməsi, ölkədə tarazlı və davamlı inkişafın təmin edilməsi istiqamətində atdığı addımlar və əldə edilən iqtisadi uğurları ilə dünyanın aparıcı dövlətinə, eləcə də, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilmişdir. Rayon təşkilat sədri Cənab İlham Əliyevin dövlətçiliyin müdafiəsi naminə atdığı hər bir addımının vətəndaşlar tərəfindən rəğbətlə qarşılandığını vurğulayaraq, 11 aprel tarixində keçiriləcək prezident seçkilərində xaçmazlı seçiciləri Cənab İlham Əliyevə səs verməyə çağırdı.
Mitinqdə Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Abel Məhərrəmov, Milli Məclisin üzvləri İlham Əliyev, Eldəniz Səlimov, YAP Xaçmaz rayon təşkilatının qadınlar şurasının sədri Sevinc Sədullayeva çıxış edərək ölkəmizdə aparılan uğurlu islahatlardan, son 15 ildə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıblar. Seçiciləri Cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Mitinqdə YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov da iştirak etmişdir. Sonda incəsənət ustalarının çıxışları ilə mitinq davam etmişdir.
NƏZAKƏT