Qaradağ rayon seçiciləri artıq öz seçimlərini ediblər FOTOLAR

3 Aprel 2018 20:00 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Qaradağ rayon şöbəsi prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun qəsəbələrində seçicilərlə görüşlərini davam etdirir. SİA-nın verdiyi məlumata görə, növbəti belə görüş Ələt qəsəbəsində keçirilib.

Görüşləri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qaradağ rayon şöbəsinin sədri, millət vəkili Aydın Hüseynov seçiciləri prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramı ilə tanış edib. Millət vəkili seçiciləri salamlayaraq 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin siyasi fəaliyyətinə diqqət yönəldib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daim irəliləməsini, Azərbaycanın hаzırda regionun lider dövlət olmasını, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin xeyli güclənməsini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Görüşdə Ələt qəsəbə sakini Allahyar Ağayev, seçki qərargahının üzvləri - Xaliq Məmmədov, Ramin Quliyev, Aqşin Paşayev, Nəriman Qurbanov, Hicran Xəlilova, Roman Nağıyev, o cümlədən qəsəbə ağsaqqalı Qurbanqulu Rəhimov və qəsəbə sakini Məmmədfaruq Muradov çıxış edərək bildiriblər ki, hər zaman Ulu Öndər Heydər Heydər Əliyevin ideyalarına və İlham Əliyev siyasətinə sədaqətləri ilə seçilən Ələt sakinləri qarşıdakı yeddi il ərzində də öz talelərini bu siyasətə bağlayacaq və 11 aprel seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.