Şamaxı rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Bu gün təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Dəmirçi, Zarat-Xebəri və Ərçiman kəndlərində seçicilərlə keçirilən görüşlərdə YAP Mərkəzi Seçki Qərargahının Şamaxı rayon şöbəsinin üzvləri Ağarza Bayramov, Səməd Fətəliyev, Şahmar Hüseynov, Fatma Quliyeva, Tünzalə Yusifova və Namik Rzazadə çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən birini regionların sosial-iqtisadi inkişafı təşkil edir və dövlət başçısının fərmanları ilə təsdiqlənərək, 2004-cü ildən indiyədək uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan konkret vəzifələr müvəffəqiyyətlə yerinə yetirilib. Bunun əyani göstəricisi bölgələrin hərtərəfli və dinamik inkişafıdır. Cənab İlham Əliyev 2003-cü ildə regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı beşillik dövlət proqramlarının qəbul edilməsi təşəbbüsünü irəli sürüb və bu təşəbbüsü reallaşdıraraq, bölgələrin inkişafına xdmət edən müvafiq dövlət proqramlarının icra olunmasını təmin edib.
Çıxış edənlər nailiyyətləri və uğurları sadalayaraq, qazanılan müvəffəqiyyətlərdə Prezident İlham Əliyevin əvəzsiz rolunu, xüsusilə, vurğulayıblar və əldə olunan müsbət nəticələr Cənab Prezidentin xalqımıza töhfəsi kimi dəyərləndirilib. Seçicilər adından çıxış edənlər prezident seçkilərində aktiv iştirak edəcəklərini, ən layiqli və alternativsiz lider Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
İnam HACIYEV